SARKOZİNİN ƏRDOĞANA YAZDIĞI MƏKTUBA CAVAB GECİKMƏDİ
Bilməyinizi istərdim ki, bu qanunla əlaqədar atılacaq ifrat addımlar iki ölkə arasında münasibətlərə ciddi ziyan vura bilər. Ziyana görə məsuliyyəti bu istiqamətdə ifrat addım atanların boynunda qalacaq."
20-01-2012 / 16:00
Qondarma “erməni soyqırımı” parlamentdə müzakirə olunan vaxt Türkiyə rəsmilərinin telefon zənglərinə cavab verməyən Fransa prezidenti Nikola Sarkozi, nəhayət Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub göndərərək qarşılıqlı olaraq əlaqələrinin pozulmamasını istəyib. FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sarkozi tərəfindən göndərilən məktubun mətni aşağıdakı kimidir.
"Hörmətli Baş nazir, daha əvvəl yazdığınız məktuba cavab olaraq, senatda müzakirəyə çıxarılmış və iki ölkə arasındakı münasibətlərə kəskin formada təsir edəcək qanun layihəsi haqqında sizə məkub göndərmək qərarına gəldim. Əvvəlcədən onu bildirim ki, qanunun məqsədi Fransa cəmiyyətinin uzun müddətdir yaşadıqları inkar hisslərini aradan qaldırmaq və 100 ildən artıq sürən mübahisələrə son qoymaqdır. Bu bütün soyqırımları əhatə edən ümumi bir qanundur. Qanunun qəbul olumasında nə bir xalq, nə də ki, bir dövlət hədəfə alınmayıb. Çünki, Türk xalqının birinci dünya müharibəsində aldığı acı nəticələri və Osmanlı İmperatorluğunun çöküşünün acısını çox gözəl anlayırıq. Bilirəm ki, tarixlə üzləşmək asan deyil. Amma Fransa, cəsarət tələb edən bu addımı atdı. Mən şəxsən, 2007-ci ildə Əl-Cəzairin Konstantin şəhərində çıxış edərkən Fransanın Əl-Cəzairdə törətdiyi vəhşilikləri dilə gətirərək etiraf etmişəm. Türkiyə böyük və Fransa üçün əhəmiyyətli bir müttəfiqdir. İki dost və müttəfiq ölkə kimi bizə yaraşan qarşılıqlı əlaqələrin formalaşmasını istəyərdim. Bilməyinizi istərdim ki, bu qanunla əlaqədar atılacaq ifrat addımlar iki ölkə arasında münasibətlərə ciddi ziyan vura bilər. Ziyana görə məsuliyyəti bu istiqamətdə ifrat addım atanların boynunda qalacaq."
Qeyd edək ki, Sarkozinin məktubu artıq rəsmi Ankar tərəfindən cavab verilib. Türkiyənin XİN-i Əhməd Davutoğlu, "Sarkozinin məktubu mövqeyimizi dəyişməyəcək. Qanunla bağlı verəcəkləri müsbət qərar Fransa tarxinidə qara bir ləkə olacaraq qalacaqdır.”, - deyə məktuba münasibət bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.