Bu qərar fransız əsgərlərinin ölümündən sonra prezident Nikolya Sarkozi tərəfindən qəbul edilib
20-01-2012 / 14:52
Faktxeber.com-un verdiyi məlumata görə, Fransa əfqan hərbçilərinin təlimində edilən yardımı dayandırır. Bu qərar fransız əsgərlərinin ölümündən sonra prezident Nikolya Sarkozi tərəfindən qəbul edilib.
Qeyd edək ki, bu gün səhər 4 fransız hərbçisi əfqan Silahlı Qüvvələrinin formasını geyinmiş şəxs tərəfindən öldürülüb.
Hadisə Kabilin şimalında Kapisa əyalətində baş verib.
Bundan əlavə, daha 16 fransız əsgər yaralanıb.
Əfqan hərbi formasını geyinmiş şəxs tutulub.
Həmçinin onu da bildirək ki, Fransanın XİN rəhbəri Allen Jüppe hazırda Əfqanıstana yollanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.