FaktXeber.com-un Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəsmi saytına istnadən verdiyi məlumata görə, Azərbaycanın Sinqapur və Nepal dövlətində səfirlərinin təyinatı ilə bağlı sərəncamlar imzalanıb.
Sərəncama əsasən, Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev iqamətgahı Cakarta şəhərində olmaqla eyni zamanda Sinqapura səfiri təyin edilib.
Digər sərəncama əsasən, Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev iqamətgahı Nyu-Dehli şəhərində olmaqla, eyni zamanda Nepal Federal Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.