FaktXeber.com-un verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda 1988-ci il təvəllüdlü qadın intihara cəhd edib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın yaşadığı mənzilin qapısını içəridən kilidləyib və intihar etmək məqsədilə dərman qəbul edib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilə qonşu mənzilin eyvanından enərək daxil olub və vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.