KANADADA 500 MİLYON İL YAŞI OLAN CANLININ QALIQLARI TAPILIB
Kanadalı alimlər ölkənin qərbində 500 milyon il əvvəl okeanda yaşayan və laləyə bənzər canlının qalığını tapıblar
20-01-2012 / 12:48
FaktXeber.com-un verdiyi məlumata görə, Toronto universitetinin Ekologiya və Biologoiya kafedrasının müdiri Lorna Brien və Royal Ontario muzeyinin professoru Jean Bernard Karonun birlikdə həyata keçirdikləri araşdırma zamanı məlum olub ki, “Siphusauktum Gregarium' adlı lalə çiçəyinə bənzər canlı təxminən 20 sm uzunluğunda olub. Canlının bənzərsiz və süzgəcli həzm sisteminin olduğu bildirilir. Uzun bir gövdəsi və soğana bənzərliyi ilə diqqət çəkən canlının, həmin dövrdə 65 növünün olduğu bildirilir. Araşdırmanın nəticələri ilə bağlı açıqlama verən Lorni Brien, "İşin ən maraqlı tərəfi olan budur ki, bu heyvan digərlərində mövcud olmayan orqanizmə malikdir.”,-deyə bildirib. “Yaşadığımız dövrdə digər canlıların heç birində buna rast gəlmədik. Hazırda 1100 yaxın bu canlıdan aşkar olunub. Canlının tapıldığı yerə lalə yatağı adı vermişik.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.