NOVRUZ MƏMMƏDOV SOÇİ GÖRÜŞÜNÜN VACİBLİYİNİ VURĞULADI
Novruz Məmmədov: "Ümidimiz var ki, bu məsələdə nəhayət, Ermənistan tərəfi konsturiktiv mövqey tutacaq"
20-01-2012 / 11:41
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, indiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda irəliləyişin əldə olunmamasının əsas səbəbkarı Ermənistan tərəfidir: "Ermənistan tərəfi münaqişənin sülh yolu, danışıqlar yolu ilə, Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır deyil. Yanvarın 23-də Soçidə keçiriləcək görüş bundan sonrakı prosesin necə olacağını göstərəcək. Düşünürəm ki, Rusiya prezidenti Dimitri Medvedevin və bizim ümidimiz var ki, bu məsələdə nəhayət, Ermənistan tərəfi konsturiktiv mövqey tutacaq. Bu da münaqişənin həllində irəliləyişə səbəb olan müəyyən addımların atılmasında imkan verəcək".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.