Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 19-da atəşkəsi pozub. Erməni ordusu saat 11.20-dən 11.30-dək və 13.15-dən 13.20-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri, saat 13.05-dən 13.15-dək və 22.15-dən 22.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında, saat 18.00-dan 18.15-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.