Faktxeber.com-un verdiyi məlumata görə, Misirdə AES tikintisində radioaktiv maddələrlə dolu seyf oğurlanıb. Hökumət atom alimlərindən ibarət qrupp olmaqla xüsusi komissiyanın iştirakı ilə artıq axtarışa başlayıb.
Seyf radioaktiv maddələrin nə olduğunu və onunla necə rəftar ediləcəyini bilməyən bədəvilər tərəfindən oğurlanıb.
Qeyd edək ki, Misirdə ilk Atom Elektrik stansiyasının tikintisi 2007-ci ildən başlayıb və 2020-ci ildə bitirilməsi planlaşdırılmışdı.
Lakin 2011-ci il üçün təyin olunmuş tender Misirdə baş verən inqilablar səbəbindən dayandırılıb. Qeyd edək ki, bütün bu müddət ərzində yerli sakinlər yeni tikilinin başlanılmasına etiraz edirdilər.
Son günlərdə də yerli sakinlərlə polislər arasında toqquşma yaşandı. Daşlardan və odlu silahlardan istifadə olunan iğtişaşlarda onlarla insan yaralanmışdı. Hazırda tikinti sahəsi sakinlər tərəfindən ələ keçib. Hökumət bununla əlaqədar olaraq cinayət işinə başladılacağını elan etsə də, xəbərdarlığın təsiri olmayıb.
Tikintinin mühəndisləri də öz təhlükəsizliklərindən qorxaraq hələ ki, işə başlamayıblar. Oğurluq hadisəsi də elə bu vaxt baş verib.
Təbii ki, belə bir seyfin radioaktiv maddələr haqqında heç bir məlumatı olmayan bədəvinin əlində olması ciddi təhlükəyə səbəb ola bilər. Onlar vacib sənəd, yaxud da pul əldə etmək ümidi ilə seyfi açacaq, bundan sonra radiaktiv materiallar Qahirəyə, Aleksandriyaya, terroçuların əlinə, Aralıq dənizinin sularına… düşə bilər.
Baş verənlər hökumətin ciddi narahıtlılığına səbəb olub. Bununla çoxlarını belə bir sual düşündürür: Texniki sursat tikintisində radioaktiv materialların nə işi var? Bəlkə doğrudan da seyfdə radioaktiv maddələr yox, həyati vacib sənədlər olub?
Emilya