DAĞLARDA AZAN VETERAN DOLLARLARINI YANDIRARAQ HƏYATDA QALDI
Kim En Çun sağ qalmaq üçün ağacların altında gizlənib, hətta bəzən 5-10 dəqiqədən çox olmamaq şərti ilə yatıb
19-01-2012 / 15:25
Faktxeber.com-un verdiyi məlumata görə, dağlarda azan Amerika vətəndaşı Kim En Çun əlində olan əşyaları, o cümlədən dollarlarını yandıraraq həyatda qalıb.
Veteran itkin düşəndən iki gün sonra tapılıb. Böyük imtahandan çıxmasına baxmayaraq Çun özünü yaxşı hiss elədiyini deyərək tibbi yardımdan imtina edib.
Qeyd edək ki, peşəkar alpinist Vaşinqtonun Maunt-Reynir Milli Parkında itkin düşmüşdü. Həmin günü o, 16 nəfərdən ibarət qrupa rəhbərlik edirdi. Lakin yuxarı qalxarkən, gözlənilmədən yamaca yıxılır, yoldaşlarından geri qalır və azır.
Təqüdçünün sözlərinə görə, o, ağacların altında gizlənib, bəzən 5-10 dəqiqədən çox olmayaraq yatıb da. Birtəhər qızınmaq üçün Kim En Çun quru yarpaqlar və zibil, bunlar qurtardıqdan sonra isə özündə olan əşyalarını, o cümlədən bint, diş şotkası, əlavə götürdüyü bir cüt corab və nəhayət dollarlarını yandırıb.
Alpinist həmçinin deyib ki, dağlarda salamat qalmağının digər səbəbi də hərbçi iradəsi olub. Belə ki, Vyetnam müharibəsi zamanı Cənubi Koreya əsgəri imiş.
Bütün baş verənlərə baxmayaraq, Kim En Çun sevimli hobbisindən əl çəkmək fikrində deyil və yenidən Maunt Reyner qayıdacağını söyləyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.