FaktXeber.com xəbər verir ki, “Qarabağ Bloku”nun növbəti toplantısında dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələr sırasında ötən həftə Qazaxıstanta keçirilən növbədənkənar parlament seçkiləri də müzakirə olunub. Müzakirələr nəticəsintə toplantı iştirakçıları Qazaxıstanda keçirilən seçkiləri dən sonra parlamenti Nazarbayevin və qızının partiyası, habelə kommunistlər formalaşdıracaq; müxalifət aksiyalara başlayır.
Qazaxıstanda keçirilmiş parlament seçkiləri demokratik prinsiplərə uyğun olmayıb. Bu barədə ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu və AŞ PA müşahidəçiləri bildiriblər. ATƏT müşahidəçi missiyasının rəhbəri, ATƏT Parlament Assambleyasının sədri Joao Soareşin bildirdiyinə görə, Qazaxıstandakı seçkilər “demokratik seçkilərin fundamental əsaslarına uyğun olmayıb”.
Beynəlxalq müşahidə missiyası ölkə boyu qutulara topa bülletenlərin doldurulması, seçicilərin iradəsinə təsir edilməsi və digər pozuntular qeydə alıblar. Seçki nəticələrinə əsasən, hakim “Nur Otan” Partiyası səslərin 80%-dən çoxunu qazanıb və müvafiq olaraq parlamentdəki yerlərin əksər hissəsinə nəzarət edəcək. 7% həddini eləcə də “Ak Jol” və kommunistlər də keçib. MDB müşahidəçiləri Qazaxıstandakı parlament seçkilərini demokratik seçki kimi dəyərləndiriblər.
Seçkilərdə 7 siyasi partiya deputat mandatları uğrunda mübarizə aparırdı. 2007-ci il parlament seçkilərində prezident Nursultan Nazarbayevin hakim “Nur Otan” Partiyası parlamentdə yerlərin 90%-ı qazanmışdı və başqa heç bir partiya qanunverici orqanda təmsil olunmamışdı. Çünki parlamentdə təmsil olunmaq üçün azı 7 faiz səs yığmaq tələb olunurdu. Nəhayət, ərəb ölkələrini bürüyən inqilablar fonunda Nazarbayev təkpartiyalı sistemdən bezdi və ötən ilin payızında parlamentin buraxılması haqda qərar verdi. Onun tapşırığına əsasən, növbədənkənar seçkilərdə parlamentdə azı iki partiya təmsil olunmalı idi. Seçkilər ərəfəsində Qazaxıstanın Janaozen şəhərində əmək hüquqlarının tapdanmasına etiraz edən neftçilərin böyük üsyanı oldu və hakimiyyət bu etirazları qanla yatırdı, onlarla adam öldürüldü. Hazırda Janaozendə fövqəladə vəziyyət hökm sürür.
Nazarbayev seçkilərin nəticələrini şərh edərkən bildirib ki, qazaxlar növbəti dəfə onun partiyasına “ölkədə islahatları davam etdirmək” üçün kart-blanş veriblər. O, “Nur Otan” Partiyasının parlamentin hər iki palatasında əzici üstünlük qazandığını, bununla da əsl “xalqın partiyası” olduğunu sübut etdiyini bildirib. Parlamentdə təmsil olunmaq hüququ qazanan “Ak Jol” Partiyası da özgəsi deyil, o Nazarbayevin qızı Dariqanın partiyasıdır. Bu da Qazaxıstanda “ailə parlamentinin” formalaşdığını göstərir, hansı ki, müxalifət rolunu hakimiyyətə kifayət qədər loyal olan kommunistlər və prezidentin öz qızı oynamalıdır.
Qeyd edək ki, seçkilərin nəticələri ilə razılaşmayan müxalifət bu günə genişmiqyaslı aksiya təyin edib.
Əli Hüseynli