MÜXALİFƏT LİDERLƏRİ AZƏRBAYCANDAN ABŞ RƏSMİSİNƏ ŞİKAYƏT ETDİLƏR
Müxalifət liderləri Azərbaycandakı büdcə oğurluğundan ABŞ rəsmisinə danışıblar
19-01-2012 / 12:27
Yanvarın 18-də REAL hərəkatının həmsədri İlqar Məmmədov, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və Ümid Partiytyasının sədri İqbal Ağazadə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Erik Rubinlə görüşüblər.
REAL-dan FaktXeber.com-a daxil məlumata görə, İlqar Məmmədov diplomatın diqqətinə 2013-cü il prezident seçkilərinə hazırlığın vəziyyəti haqqında məlumat verərkən, seçkilərə aid mövqeyin cari il ərzində müəyyən ediləcəyini bildirib. REAL həmsədri qeyd edib ki, Azərbaycanda insanların büdcə oğurluğu və ümumən qanunsuzluq ab-havasından narazılığı çox yüksək səviyyəyə qalxıb, odur ki, prezident seçkilərindən öncə də kütləvi çıxışlar istisna deyil - xüsusilə də, Rusiyada demokratik proseslər sürətlənərsə.
Amerika-Azərbaycan münasibətlərini dəyərləndirən İ.Məmmədov məlum səfir təyinatı probleminin Qarabağ danışıqlarında ABŞ vasitəçiliyinə zərbə vurduğunu diplomatın diqqətinə çatdırıb. Bununla belə, onun sözlərinə görə, vasitəçilik fəaliyyətində Senatın deyil, prezidentin aparıcı rola malik olması Senatda baş verən xoşagəlməz hadisənin t arazlaşdırılmasını tələb edir.
“İranı da əhatə edən geniş regionumuzdakı sabit olmayan durumdan faydalanmaq istəyən Ermənistan, Rusiyanın imperialist dairələrinin himayədarlığı ilə, Qarabağ münaqişəsini yenidən alovlandırmağa meyllidir. Məqsəd, Azərbaycanı iqtisadi və inkişaf perspektivlərindən, üstünlüklərdən məhrum etməkdir” – deyən İ.Məmmədov, atəşkəsin Ermənistan tərəfdən miqyaslı pozulmasının qarşısının alınmasının önəmini diqqətə çəkib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.