"AZƏRİLAYT" MARKALI NEFTİN BİR BARRELİ 112.97 DOLLARA SATILIB
19-01-2012 / 11:22
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti ötən gün də artıb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,06 dollar bahalaşaraq 100,71 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 sent qalxaraq 111,53 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 16 sent enərək 112,97 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.