İspaniya kubokunun 1/4 final mərhələsində "Real Madrid" "Barselona" ilə qarşılaşıb
19-01-2012 / 11:08
Faktxeber.com-un verdiyi məlumatına görə, dünən İspaniya kubokunun 1/4 final mərhələsində növbəti oyunlar keçirilib. İlk öncə meydana "Atletik Bilbao" və "Malyorka" komandaları çıxıb. La Liqada fərqli mövqelərdə yer alan komandaların duelində meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
Daha sonra isə ikinci görüş baş tutdu və bütün futbolsevərlərin diqqəti Madridə yönəlmişdi. Burada iki əzəli rəqib - "Real Madrid" və "Barselona" klubları üz-üzə gəlib.
Ötən mövsüm "Real" İspaniya kubokunun finalında "Barselona"nı 1:0 hesabı ilə məğlub etmişdi. Bu da baş tutacaq oyuna marağı daha da artırırdı. Kataloniya klubunun "Real"dan revanş almaq istəyi heç kəsdə şübhə doğurmurdu.
"Barsa" qismən də olsa buna nail oldu. Hərçənd oyun "Barselona" üçün yaxşı başlamamışdı. Ronaldonun qolu ilə "Real" fasiləyə üstün yollandı. İkinci hissədə iki qol vuran qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşaması isə bir həftə sonar, yəni 25yanvarda Barselonada baş tutacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.