FaktXeber.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Ağ Evdə keçirilmiş rəsmi mərasimdə etimadnamələrini ABŞ Prezidenti Barak Obamaya təqdim edib.
Prezident Barak Obama Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu və birgə gündəliyə və aydın qarşılıqlı maraqlara əsaslandığını bildirib. ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələrin ABŞ-da yüksək dəyərləndirildiyini bildirib. Prezident Azərbaycanı bütün Avratlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib.
Səfir Elin Süleymanov iki dövlət arasında münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd edib.
Qeyd edək ki, Elin Süleymanov 2011-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. Diplomat bu təyinatadək Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.