BU GÜN AZƏRBAYCAN VƏ RUSİYANIN XİN RƏHBƏRLƏRİ GÖRÜŞÜRLƏR
Nazirlər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə hazırlıqğı da müzakirə edəcəklər
19-01-2012 / 10:10
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Bunu Sergey Lavrov ötən gün keçirdiyi mətbuat konsfransında bildirib.
“Biz çox vacib sənədi - diplomatik daşınmaz əmlakla bağlı saziş imzalayacağıq. Nəhayət ki, biz hər şeyi hesablaya, ölçə bildik və lap çoxdandır həll olunmayan məsələni yoluna qoyacağıq”, - Sergey Lavrov görüşlə bağlı deyib.
Rusiyanın XİN rəhbəri onu da deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə hazırlıq da azərbaycanlı həmkarı ilə müzakirə edəcəyi məsələlərdən biridir.
Bundan başqa, Sergey Lavrov məlumat verib ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsi ilə bağlı heç bir fikir ayrılığı yoxdur: “İcarə haqqı ilə bağlı prinsipial problem mövcud deyil və iki ölkənin nümayəndə heyətləri razılığa gəlməlidirlər”. Rusiyalı nazir xatırladıb ki, hazırda Rusiya və Azərbaycan nümayəndə heyətləri icarə haqqının parametrləri ətrafında danışıqlar aparırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.