"TÜRKİYƏ-FRANSA MÜNASİBƏTLƏRİ DAHA DA GƏRGİNLƏŞƏ BİLƏR"
Elxan Şahinoğlu: "Senat nəzərdə tutulduğu kimi, yanvarın 23-də bu sənədi qəbul edərsə, bu, Azərbaycanın Türkiyə ilə onsuz da gərgin olan münasibətlərini daha da mürəkkəbləşdirəcək"
18-01-2012 / 17:54
Faktxeber.com xəbər verir ki, “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yanvarın 18-də Media Mərkəzdə mətbuat konfransı keçirib. O mətbuat konfransında Fransa Senatının “erməni soyqırımının” inkarına görə cinayət məsuliyyəti tətbiq edilməsi haqqında qərarı qəbul edəcəyi təqdirdə Azərbaycan hakimiyyətinin hərəkətlərini proqnozlaşdırmağa çalışıb: "Hazırki Fransa-Türkiyə münasibətləri kontekstində Azərbaycan qeyd-şərtsiz Türkiyəni dəstəkləməlidir. Azərbaycan hakimiyyəti Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsini qaldırmalıdır. Rəsmi Bakı bu məsələdə Parislə açıq münaqişəyə girmir. Azərbaycan bu məsələdə Türkiyəni dəstəkləməsə, bu, ikitərəfli münasibətlərin soyumasına gətirib çıxaracaq. Dekabrın 22-də Fransa Milli Assambleyası 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul edib. Sənədin qəbulu Ankaranın kəskin reaksiyasına səbəb olub, habelə Azərbaycan cəmiyyətində mənfi rezonans doğurub. Senat nəzərdə tutulduğu kimi, yanvarın 23-də bu sənədi qəbul edərsə, bu, Azərbaycanın Türkiyə ilə onsuz da gərgin olan münasibətlərini daha da mürəkkəbləşdirəcək, rəsmi Bakını isə çətin seçim qarşısında qoyacaq."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.