Bu, ətraf mühitin çirklənməsi barədə ciddi xəbərdarlıqdır
18-01-2012 / 15:40
Faktxeber.com-un verdiyi məlumata görə, İtaliyanın Padan vadisində nadir hadisələrdən biri baş verib, əraziyə «kimyəvi qar» yağıb.
İtaliya Atmosfer və İqlim elmləri Milli Mərkəzinin əməkdaşı Vinçenço Livetsani hadisənin belə açıqlayıb: "Belə hal adətən havanın miss-sulfat, miss-oksid, civə-yodit, qurğuşun və ya kadmium, silikat kimi maddələrlə çirklənməsi nəticəsində baş verır. Belə ki, bu maddələrin quruluşu qar dənəciyinə oxşayır. Yəni əslində qar deyil, cirk yağır».
Nəşrin yazdığına görə, qəribə «qar dənəcikləri» Milan, Breşia və Verona sərhədlərində müşahidə olunub. Alimlərin sözlərinə görə, bu, nadir hadisə olsa da, tamamilə mümkündür: "Belə bir hadisə aşağı temperatur və yüksək nəmişlikdə baş verir. Hər şey havanın mənfi 15 dərəcə olduğu 1 km yüksəklikdə baş verir. Lakin yerdə də temperatur aşağı olduğundan kristallar öz formalarını saxlayır. Əgər temperatur sıfır dərəcədən yüksək olsaydı, onlar əriyərdilər".
Xoşbəxtlikdən «kimyəvi qar»ın ömrü uzun olmur. Hava təmizlənən kimi hər şey əvvəlki qaydasına düşür. Lakin bu, ətraf mühitin çirklənməsi barədə ciddi xəbərdarlıqdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.