İtaliyanın kruiz layneri "Costa Concordia" batmağa başlayanda Valentina Kapuana "irsi lənət"in onu izlədiyini güman edib
18-01-2012 / 16:37
Faktxeber.com-un verdiyi məlumata görə, İtaliyanın kruiz layneri «Costa Concordia» batmağa başlayanda Valentina Kapuana «irsi lənət»in onu izlədiyini güman eləyib.
Belə ki, italiyan xanımın nənəsi məşhur «Titanik»in sərnişini olub. Və o da Valentina kimi xilas edilib.
«Bu dəhşətli idi. Hesab etdim ki, taleyim mənimlə oynayır», - deyə Valentina Kapuano jurnalistlərə müsahibəsində deyib.
«Costa Concordi» sərnişinin nənəsi 1912-ci ildə Britaniyanın Sautgempton limanından Nyu-Yorka hərəkət edən «Titanik»dən salamat çıxsa da, qardaşı Covanninin bəxti gətirməyib. Gəmidə ofisiant işləyən gənc Amerikada yeni həyata başlamaq istəyirmiş. Lakin nəticədə o, faciəvi qəzada həlak olan 1517 nəfərdən birinə çevrilib.
Qeyd edək ki, «Costa Concordia»da baş verən qəza nəticəsində 11 sərnişin həlak olub, 28 nəfər isə itkin düşüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.