Ukrayna, təbii qazda Rusiyadan asılılığını azaltmaq məqsədi ilə Azərbaycandan təbii qaz almaq istəyir
18-01-2012 / 15:01
FaktXeber.com xəbər verir ki, Ukrayna, təbii qazda Rusiyaya olan asılılığını azaltmaq üçün Azərbaycandan təbii qaz almaq niyyətindədir. Azərbaycandan qaz almaqla əlaqədar bu gün Ukraynanın nazirlər kabinetində görüş keçiriləcək.
Ukrayna mətbuatının verdiyi məlumata görə, 25-26 yanvar tarixində Davosda keçiriləcək Dünya İqtisadi Forumu zamanı Ukraynanın Derzhnatsproekt agentliyi ilə Azərbaycan dövlət neft şirkəti SOCAR arasında qaz satışı barədə müqavilə imzalanması gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.