Tofiq Yaqublu: "Əgər müraciətimizə cavab verilməsə məsələni gündəmə gətirərək ictimailləşdirəcəyik"
18-01-2012 / 13:21
Tofiq Yaqublu: "Müvafiq prosedura uyğun olaraq müraciətə yaxın günlərdə İcra Hakimiyyəti tərəfindən cavab verilməlidir. Əgər müraciətimizə cavab verilməsə məsələni gündəmə gətirərək ictimailləşdirəcəyik."
Müsavat Partiyası Qurultayın Əl Oyunları Sarayında keçirilməsi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib. Bu barədə FaktXeber.com-a Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib. Tofiq Yaqublu bildirib ki, keçirilməsi mart ayının 2-3-nə nəzərdə tutulmuş qurultayla bağlı dünən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. "Müvafiq prosedura uyğun olaraq müraciətə yaxın günlərdə İcra Hakimiyyəti tərəfindən cavab verilməlidir. Əgər müraciətimizə cavab verilməsə məsələni gündəmə gətirərək ictimailləşdirəcəyik." , - deyə Tofiq Yaqublu əlavə edib.
Qeyd edək ki, keçiriləcək qurultaya sədrliyi Müsavatın başqan müavini Arzu Səmədbəyli sdərlik edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.