Azərbaycan Ordusunun bir əsgəri ölüb, ikisi yaralanıb
18-01-2012 / 12:46
Azərbaycanda N saylı hərbi hissənin bir əsgəri ölüb, ikisi yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü FaktXeber.com-a verilən məlumata görə, yanvarın 18-də əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.