VAQİF CAVADOV GƏZDİ-DOLANDI YENƏ "QARABAĞ"A QAYITDI
Vaqif Cavadov "Qarabağ" klubu ilə 2,5 illik müqavilə bağlayıb
18-01-2012 / 11:07
FaktXeber.com xəbər verir ki, Rusiyanın "Volqa" klubundan uzaqlaşdırılan Vaqif Cavadovun yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcəyi dəqiqləşib. Hücumçu "Qarabağ"la 2,5 illik müqaviləyə imza atıb. Azərbaycan millisindən qovulan forvard 2007-2010-cu illərdə məhz "Qarabağ"ın şərəfini qoruyb.
“Vaqif Cavadovla iki il yarım müddətinə müqavilə bağlamışıq. O bu gün komandanın düşərgəsinə qoşulacaq". Bu sözləri isə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi "Qarabağ"a daha bir futbolçunun transfer olunacağını bildirib: "Transferlərimiz bununla yekunlaşmayacaq. Daha bir nəfər futbolçu transfer etməyi düşünürəm”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.