Və bu barədə nişanlısının telefonuna mesaj göndərdi
18-01-2012 / 10:42
Azərbaycanın Qax rayonunda intihar hadisəsi baş verib. Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax rayonu Ləkit-Kötüklü kənd sakini, 1989-cu il təvəllüdlü Rəhimov Coşqun Rəhim oğlu rayonun Süskən kəndi ərazisindəki meşə zolağında özünü ağacdan asaraq intihar edib.
C. Rəhimovun hansı səbəbdən intihar etdiyi məlum deyil. O, Bakı şəhərində fəaliyyət göstərən plastik qapı-pəncərə sexlərinin birində çalışıb. Bir neçə gün əvvəl rayona gələrək sevdiyi qızla nişanlanıb. İntihar etməzdən əvvəl C. Rəhimov nişanlısının mobil telefonuna “Cənnətdə görüşərik” mesajı göndərib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.