FaktXeber.com-un verdiyi məlumata görə, Bakıda yaşayış evində partlayış olub. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə rayonun 1-ci mədən, korpus 47, ev 7 ünvanında qeydə alınıb. Həmin ünvanda təbii qaz sızmasından baş verən partlayış yanğına səbəb olub. Nəticədə evdə olan üç azyaşlı uşaq – 5 yaşlı Şərəbanı Əliyeva, 4 yaşlı Zamiq Əliyev və 2 yaşlı Ramiq Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.