|
“Qafqaz 2012” təlimlərində ölkənin bütün hərbi qurumları, o cümlədən HHQ, HDQ, Strateji Təyinatlı Raket Qüvvələri, Hava Kosmik Müdafiəsi və Hava Desant Qüvvələri, həmçinin güc strukturları DİN, FTX, FHN, Federal Mühafizə Xidməti iştirak edəcək.
Faktxeber.com-un «Nezavisimaya qazeta»ya istinadən verdiyi məlumata görə, İsrail və ABŞ-ın İrana hücum edəcəyi təqdirdə Rusiya hərbi münaqişələrdə iştirak edəcəyini istisna etmir.
Nəşr RF Baş Qərargahının ehtimal olunan hücumla əlaqədar olaraq genişmiqyaslı təlimlərə başladığını yazıb. Belə ki, ümumilikdə «Qafqaz-2012» adlanan manevrlər ilk dəfə olaraq operativ-taktiki deyil, strateji olacaq. Bu təlimlər cari ildə RF Silahlı Qüvvələrinin fəaliyyətində ən vacib hadisələrdən sayılacaq.
Qeyd edək ki, İran ətrafında baş verən hadisələr də gərginləşməkdə davam edir. Belə ki, Vaşinqton və London öz hərbi gəmilərini Fars körfəzinə yaxınlaşdırıb, Qərb İrana qarşı «Neft cəbhəsi» açıb, xüsusi xidmət orqanları isə İİR-in nüfuzlu fizik-alimlərinə qarşı əsl terrora başlayıblar.
ABŞ və İsrail regionda vəziyyətin daha da gərginləşdirməmək üçün dünən əvvəlcədən planlaşdırılan RƏM və HHM üzrə təlimləri təxirə salıb.
«Nezavisimaya qazeta»nın verdiyi məlumata görə, Rusiya HHQ-nin «Qafqaz-2012» strateji ştab-komanda təlimləri əvvəlkilərindən qat-qat genişmiqyaslı olacaq, onların şərtləri müasir dünya hərbi-siyasi reallıqlarına maksimum yaxınlıq təşkil edəcək: hərbçilər həm İrana qarşı mümkün müharibə vəziyyətinə, həm də Xəzər və Cənubi Qafqaz regionunda ehtimal münaqişələrə hazırlaşırlar.
Qeyd edək ki, sonuncu dəfə bu yöndə hazırlıq 2008-ci ilin yayında baş vermişdi. Ekspertlrin rəyinə görə, bu manevrlər sayəsində, Rusiya Gürcüstanla maksimum dərəcə olmasa da, müharibəyə hazır idi.
«Qafqaz 2012» təlimlərində ölkənin bütün hərbi qurumları, o cümlədən Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Strateji Təyinatlı Raket Qüvvələri, Hava Kosmik Müdafiəsi və Hava Desant Qüvvələri, həmçinin güc strukturları Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Federal Mühafizə Xidməti iştirak edəcək.
Nəşrin məlumatına görə, manevrlərin əsas məqsədi elektron və kosmik kəşfiyyat vasitələrinin, pilotsuz təyyarələrin, yeni silah növlərinin və s. avtomatlaşdırılmış idarə sistemi ilə hərbi fəaliyyətlərin şəbəkə mərkəzlərinin yeniləşdirilməsidir. Bu barədə hələ ötən ilin sonlarında Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşü zamanı bildirmişdi.
Hərbi proqnozlaşdırma mərkəzinin rəhbəri polkovnik Anatoliy Çıqanok Fars körfəzində baş verənlərlə əlaqədar olaraq adıçəkilən tədbirin vaxtından əvvəl başladığını bildirib.
Qeyd edək ki, hərbçilər İranda müharibə baş verəcəyi təqdirdə Cənubi Qafqazın postsovet ölkələrinin də cəlb olunacağını nəzərə alaraq müəyyən planlar hazırlayıblar.
Xatırladaq ki, ötən ilin noyabr ayında ABŞ-ın hərbi siyasət üzrə dövlət katibi Endryu Şapiro ABŞ və İsrailin cari ildə 5 min İsrail və Amerika əsgərinin iştirak edəcəyi birgə təlimlər keçəcəyini bildirmişdi.
Yanvarın 6-da isə elan olundu ki, ilin birinci və ikinci ayına planlaşdırılmış «Sərt çağırış 12» manevrləri İran ətrafında gərginliklə əlaqədar deyil. Bir neçə gün öncə isə ABŞ-ın Avropa Komandanlığı bildirdi ki, iki tərəfin rəhbərliyi də bütün bölmələr üzrə təlimlərin cari ilin sonunda keçirilməsi daha məqsədəuyğun sayıb.
İsrailin hərbi qaynaqları isə bununla əlaqədar olaraq, Vaşinqtonun bu addımını regionda vəziyyəti daha da kəskinləşməməsi üçün atdığını bəyan eləyiblər.
Əli Hüseynli
|