Wikipedia, Vaşinqtonun piratlarla mübarizə qanununa etiraz olaraq sabah ingiliscə versiyasının yayımını dayandıracaq
17-01-2012 / 06:38
FaktXeber.com "CNN"ə istinadən xəbər verir ki, internetin ən geniş məlumat saytlarından olan Wikipedia, ABŞ konqresinin güdəliyində olan qanun layihəsinə etiraz olaraq bir sutkalıq fəaliyyətini donduracaq.
Saytın qurucusu Wikimedyadan verilən açıqlamada bildirilir ki, qanun qəbul edilməsi azad və açıq internetə ziyan vuracaq. ABŞ-dakı beynəlxalq internet saytlarının senzuraya məruz qalması yeni maneələr yaradacaq.
Belə ki, qanun layihəsi hakimiyyətə bu və yaxud digər internet saytını lisenziyalaşdırılmamış məzmunlu informasiya yayacağı təqdirdə bağlamağa imkan verir.
Qeyd edək ki, piratçılıqdan əziyyət çəkən Hollivud kinoindustriyası bu qanun layihəsinin qəbulunun lehinədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.