MOLDOVA DA AZƏRBAYCANDAN QAZ ALMAQ İSTƏYİNİ AÇIQLAYIB
17-01-2012 / 06:37
Moldova Azərbaycandan qaz almaq niyyətindədir. FaktXeber.com-un AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri Moldovanın Baş naziri Vladimir Filat Azərbaycana səfəri ərəfəsində bildirib. O qeyd edib ki, Moldova enerji resursları idxalını şaxələndirmək və Xəzər dənizi hövzəsindən “Nabukko” və AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihələri çərçivəsində Azərbaycandan qaz almaq niyyətindədir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə ötən il Varşavada “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində görüşünü xatırladan Baş nazir V.Filat Bakıya səfəri zamanı Moldovanın enerji resursları ilə təminatının şaxələndirilməsinə xüsusi diqqət ayrılacağını vurğulayaraq, gələcəkdə birgə layihələrin reallaşdırılması istiqamətində vacib razılaşmalar əldə ediləcəyinə ümid etdiyini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.