AXCP 10 MİNDƏN ÇOX TAKSİ SÜRÜCÜSÜNÜN HÜQUQLARININ MÜDAFİƏSİNƏ QALXDI
Bununla bağlı partiya bəyanat verdi
17-01-2012 / 17:40
Dünən Bakı şəhərində fəaliyyət göstərən 300-dən artıq taksi sürücüsü Nəqliyyat Nazirliyinin son günlər açıqladığı yeni qərarlara etiraz olaraq aksiya keçirməsi barədə məlumat vermişdik. Aksiyada sürücülər nazirliyə etiraz edərək, qərarın ləğvini istəyirdilər. Sözügedən qərara etiraz və hüquqları pozulmuş taksi sürücülərinə dəstək məqsədilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyanat verib. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda deyilir:
“Ölkədə nəqliyyat “siyasəti” hələ bizə kiçik tutumlu avtobusların nisbətən böyük tutumlu avtobuslarla əvəzlənməsi zamanı müşahidə edilmişdi.
Nəqliyyat nazirliyinə həm büdcə xərclərinin bölüşdürülməsi zamanı,həmdə xarici kreditlər hesabına həyata keçirdiyi layihələrin məbləği əvvəlki illərdə 100 milyonlarla ölçülürdüsə, indi bu rəqəm milyardlarla ölçülür. 2012-ci ilin büdcə xərcləmələrində investisiya xərcləri 7,5 milyard manat müəyyənləşdirildiyi halda, bunun 2 milyard manatı nəqliyyat sistemindəki layihələrə sərf olunacaq. İli-ildən artan bu xərclər sonda bu sistemi daha da əlçatmaz etməklə bərabər, bu sektorda həmdə keyfiyyətsiz xidməti daha artırır, həmdə böyük korrupsiya mənbəyinə çevririr.
«Taksı əməliyyatı»nın arxasında da bu biznesin məlum ailəyə və ona yaxın çevrəyə rəsmiləşdirilməsi üçün həyata keçirilir. Bu maraq davası gündəlik yaşayışı taksi xidmətindən asılı olan işsiz müəllimlərin, həkimlərin əllərindən bu imkanlar da alınacaq. Bu isə işsizlər ordusunun daha da artmasına və ölkədə sosial gərginliyin daha fərqli fazaya daxil olmasını şərtləndirəcək.
Ölkədə şəxsi avtomobili ilə 10 mindən çox taksi xidməti göstərən vətəndaşlarımızın kobudcasına hüquqlarının tapdalanmasını AXCP sərt formada pisləyir, bunu “Evrovision” yarışması zamanı Bakının müasir görünməsi xatirinə dekorativ dəyişiklik kimi qiymətləndirir.
AXCP hüquqları kobudcasına tapdanan vətəndaşlarımızın yanında olacaq və onların sosial hüquqlarının qorunması üçün təsirli tədbirlərin görünməsi üçün dəstək kompaniyasına başlayacaq.
AXCP olaraq bu sosial qrupun hüquqlarının belə kobud formada tapdanmasını qətiyyətlə pisləyirik.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.