Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşündə üz-üzə gələcəyi növbəti rəqibin adına aydınlıq gəlib. FaktXeber.com-un AFFA-ya istinadən verdiyi məlumata görə, komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Fələstin yığması ilə qarşılaşacaq. Yoldaşlıq görüşü fevralın 29-da baş tutacaq.
Xatırladaq ki, millimiz ötən ilin noyabr ayının 11-də baş tutan son yoldaşlıq oyununda səfərdə Albaniya kollektivini 1:0 hesabı ilə məğlub etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.