DÜNYA BİRJALARINDA "QARA QIZIL"IN QİYMƏTİNDƏ UCUZLAŞMA BAŞ VERİB
16-01-2012 / 11:58
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti aşağı düşüb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 40 sent düşərək 98,70 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 82 sent ucuzlaşaraq 110,44 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,98 sent enərək 112,32 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.