Azərbaycanın “Azerspace-1” telekommunikasiya peyki ABŞ-ın “Orbital Sciences Corporation (Orbital)” şirkətinin zavodunda istehsal mərhələsindədir. Hazırda peyk platformasının tərkib hissələrinin yığılması və platformaya faydalı yükün quraşdırılması üzrə işlər aparılır.
FaktXeber.com-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla paralel olaraq, ölkədə Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri üçün lazım olan yerüstü infrastrukturun yaradılması işləri həyata keçirilir. Yerüstü peyk idarəetmə avadanlığının mühüm hissəsi “Orbital” şirkəti tərəfindən bu il ərzində Azərbaycana göndəriləcək.
Qeyd edək ki, “Azerspace-1” peyki Fransanın “Arianespace” şirkətinin “Ariane 5” raketdaşıyıcısı vasitəsilə Cənubi Amerikada Fransız Qvianası əyalətinin Kuru Kosmodromundan orbitə çıxarılacaq. Peykin istehsalı və onun buraxılması prosesinə texniki monitorinq üzrə Kanadanın “Telesat” şirkəti nəzarət edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.