AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ AŞPA-nın GÜNDƏLİYİNDƏ
Eynulla Fətullayev və Səməd Seyidov bir kürsünü paylaşacaqlar
16-01-2012 / 11:42
Məlum olduğu kimi, 26 yanvar 2012-cı il tarixdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçiriləcək İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin iclasının gündəliyinə Azərbaycanda siyasi məhbuslar məsələsi də əlavə olunub. "İnsan Haqları Uğrunda" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr üzrə departamentindən FaktXeber.com-a daxil olan məlumata görə, bu təşəbbüslə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi K.Ştrasser şəxsən çıxış edib və onun təşəbbüsü komitənin rəhbərliyi tərəfindən təsdiq edilib.
Komitənin iclasında məruzə ilə çıxış etmək üçün Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi, "İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayev dəvət edilib.
Komitə həm də Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu da məruzəçi qismində iclasa dəvət edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.