Asiya Maliyyə Forumunda çıxış edən Britaniyanın maliyyə naziri Corc Osborn ölkəsini Asiyanın Maliyyə və Avropanın investisiya limanı kimi görmək istədiyini deyib
16-01-2012 / 11:37
Faktxeber.com-un verdiyi məlumata görə, Britaniyanın Honkondqa səfərdə olan maliyyə naziri Corc Osborn Londonun Çinin Milli valyutası olan yuanın satış mərkəzi olacağını deyib.
Asiya Maliyyə Forumunda çıxış edən Osborn Britaniyanın Asiyanın Maliyyə və Avropanın investisiya limanı kimi görmək istədiyini deyib.
Çin hökuməti mərhələli şəkildə beynəlxalq ticarətdə öz mili valyutasına olan maneələri aradan götürür və yuanın kursunun enib-qalxmasının hökumətin təsirini məhdudlaşdırır.
Honkonq Valyuta birjası Londonla satış saatlarını uyğunlaşdırmaq üçün öz ticari əməliyyatlarının müddətini uzadıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.