"QIZIL QLOBUS" MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ OLDU
Martin Skorzese 3D formatında çəkilmiş "Hüqo" macəra filmindəki işinə görə "ən yaxşı rejissor" titulunu qazanıb
16-01-2012 / 11:11
Faktxeber.com-un verdiyi məlumata görə, Beverli Hilzdə «Qızıl Qlobus» mükafatının təqdimetmə mərasimi keçirilib.
«Ən yaxşı musiqili film» mükafatını ağ-qara və səssiz çəkilişi ilə fərqlənən «Artist» aldı.
«Ən yaxşı dramatik film» mükafatını «Vərəsə» aldı. Kinoda baş rolun ifaçısı Corc Kluni isə «ən yaxşı kişi rolu»na layiq görülüb.
«Ən yaxşı qadın rolu» adını Britaniyada böyük səs-küyə səbəb olan və sabiq nazir Marqaret Tetçerə həsr olunan «Dəmir ledi» filminin baş rol ifaçısı Meril Strip qazanıb.
Martin Skorzese 3D formatında çəkilmiş «Hüqo» macəra filmindəki işinə görə «ən yaxşı rejissor» titulunu qazanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.