"Qalatasaray heyranı olduğum yüksək səviyyəli bir klubdur. Fateh Terimin də müvəffəqiyyətini təqdir edirəm. Bu təklifi qiymətləndirmək lazımdır"
14-01-2012 / 15:49
FaktXeber.com xəbər verir ki, "qalatasaray"lı tərəfdarların transferini həyəcanla gözlədikləri Xerdan Şaqiri, "Gözlə məni, İstanbul!" məzmunlu ismarıc verib. Dünən axşam İspaniyada yerli "Basler Zeitung" qəzetinə müsahibə verən Şaqiri bunları dedi: "Qalatasaray" həmişə heyranı olduğum yüksək səviyyəli bir klubdur. Oyunlarını televiziyadan izləyirəm. Fateh Terimin də müvəffəqiyyətini təqdir edirəm. Bu təklifi qiymətləndirmək lazımdır."
Fateh Terimin yeni bir komanda yaratdığını da sözlərinə əlavə edən 20 yaşlı futbolçu, "Mən də yeni futbolçuların sırasında yer ala bilərəm. Daha əvvəl "Basel" klubundan "Qalatasaray"a iki futbolçu getdi-Hakan Yakın və Adrian Knup. Mən üçüncü ola bilərəm" dedi. Digər tərəfdən "Basel" vitseprezidenti Bernard Heusler isə ""Qalatasaray" deyildiyi kimi bizə 10 milyon avro təklif etmədi. O pulu təklif etsə müsbət qarşılayarıq",- deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.