Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 13-də saat 09.55-dən 10.20-dək və 18.00-dan 18.20-dək Tərtər rayonunun Çaylı və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.