ZƏRDABDA AZYAŞLI KÖRPƏ DƏRMANDAN ZƏHƏRLƏNƏRƏK VƏFAT EDİB
Nəzarətsiz qalan uşaq bir dəfəyə 3-4 tabletka udur ki, bu da onun həyatı bahasına başa gəlir
13-01-2012 / 18:20
Faktxeber.com-un verdiyi məlumata görə, Zərdab rayonunda 2 yaşlı körpə dərmandan zəhərlənərək vəfat edib.
Verilən məlumata görə, Cəbrayılov Samirin səhhətində olan problemlərlə əlaqədar olaraq həkim təzyiqi salan dərman təyin edib. Preparatın gündəlik dozası tabletkanın ¼ imiş. Bir neçə gün uşaq təyin olunmuş dozada dərmanı qəbul edir.
Lakin bir gün nəzarətsiz qalan uşaq bir dəfəyə 3-4 tabletka udur ki, bu da ağır nəticələnir.
Hadisədən xəbər tutan valideynlər uşağı əvvəlcə Mingəçevir rayon xəstəxanısana, oradan da Bakıya gətirirlər. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar olaraq Zərdab rayonunda cinayət işi qaldırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.