Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Hüseynqulu Bağırov Bakı səmalarında sarı-qırımızı rəngdə qeyri-adi işıqlanmanın insanların sağlamlığına təsir etməyəcəyini bildirib
13-01-2012 / 17:53
Bir neçə gün öncə Bakı səmalarında sarı-qırımızı rəngdə qeyri-adi işıqlanma müşahidə olunub. Bunu görən əhali bərk təşvişə düşmüşdü.
Faktxeber.com-un verdiyi məlumata görə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəri Hüseynqulu Bağırov bu gün məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, səmada qeyri-adi işıqlanmaya Günəşdə olan maqnit qasırğası səbəb olub: «Maqnit dalğaları nəticəsində atmosferin yuxarı qatlarında suyun ionlaşması artıb. Beləliklə də, Bakı üzərində səmanın qırmızılığına səbəb olub».
Hüseynqulu Bağırov bu təbiət hadisəsinin insanların sağlamlığına təsir etməyəcəyini də bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.