İslam Partiyası sədrinin müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasına köçürülüb
13-01-2012 / 16:45
İslam Partiyası sədrinin müavini Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Sumqayıt Şəhər Polis İdarəsinin təcridxanasına köçürülüb. Vəkil Anar Qasımlının sözlərinə görə, köçürülmə Arif Qəniyevin yanvarın 17-də başlayacaq məhkəməsi ilə bağlıdır.
Proses Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək. İşə Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov baxacaq.
Anar Qasımlı yanvarın 13-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşdüyünü, prosesə hazırlıqla bağlı müəyyən müzakirələr apardıqlarını deyib.
2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.