"Beşiktaş"lı Rikardo Kuarejma, ölkəsi Portuqaliyada silahlı dəstə tərəfindən qarət edilib
13-01-2012 / 16:37
FaktXeber.com xəbər verir ki, Portuqaliyanın "Correo da la Manana" qəzetinin bu gün verdiyi xəbərdə, Kuarejmanın paytaxt Lissabonun yaxınlığındakı Çelas bölgəsində dostunu ziyarət etdiyi vaxt soyulduğunu bildirib.
Məlumata görə, gecə yarısı dostunun evinin qarşısında "Audi R8" markalı avtomobiliylə gələn Kuarejmanın, avtomobildə dostu ilə söhbət edərkən maskalı 3 nəfərin silahlı hücumuna uğrayıb. Onlar Kuarejmanın başına silah dayayaraq üzərindəki bütün qiymətli əşyaları və pulları götürüblər.
Ləl-cəvahirat, üzük, saat ilə təxminən 8 min avro nağd pulu qarət edilən Quarejmaya ümumilikdə 44 min avro ziyan dəyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.