DONOR ÜRƏYİ YOLDA ƏLİNDƏN DÜŞƏRƏK ASFALTA YUVARLANDI
Meksikada donor ürəyi gətirən tibb işçilər özləri az qala infarkt keçirəcəklərdi
13-01-2012 / 16:15
Meksikada donor ürəyi gətirən tibb işçilər özləri az qala infarkt keçirəcəklərdi.
Belə ki, klinikaya yaxınlaşarkən, onlardan birinin təsadüfən ayağı sürüşür. Bu zaman əlindəki konteynerin düşməsi nəticəsində içindəki ürək asfalta yuvarlanır. Lakin həkimlər özlərini itirmirlər. Dərhal onu götürərək xəstəxanaya qaçırlar.
Ürəyi gözləyən 20 yaşlı qız əməliyyat olunur. 3 gün ərzində tibb işçiləri onun başı üzərində növbə çəkirlər ki, transplantasiyanın müvəfəqiyyətindən əmin olsunlar.
Həkimlərin sözlərinə görə hazırda qızın yeni ürəyi saat kimi işləyir, onlar isə sakit qəlblə yenə də insan həyatını qurtarmaqda davam edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.