Arzu Səmədbəyli: "Dünyanın bütün demokratik ölkələrində, hətta qardaş Türkiyədə belə, başqanın bir neçə dəfə seçilməsi ilə bağlı heç bir qadağa mövcud deyil. Belə bir yasağın özü insanların seçib-seçilmək hüququnu aradan qaldırır"
13-01-2012 / 16:04
Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli qurumun qarşıdakı qurultayında nizamnamədə sədrin bir neçə dəfə seçilməsi ilə bağlı yasağın aradan götürülməsi ilə bağlı təklif irəli sürüb. Bu məsələyə ölkə ərzasindən və qardaş Türkiyədən artıq dəstək gəlib. Təklifin icrası reallaşarsa Müsavat Partiyası qınaq mənbəyinə çevrilməyəckmi? Nəzərə alsaq ki, adıçəkilən qurum ölkə başçısının bir neçə dəfə seçilməsi ilə bağlı Konstitusiyada həyata keçirilən dəyişikliyə görə hakimiyyəti qınamışdır.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Müsavatın başqan müavini Arzu Səmədbəyli hakimiyyətin siyasi təşkilatdan fərqləndiyini bildirdi. Dünyanın bütün demokratik ölkələrində, hətta qardaş Türkiyədə belə, başqanın bir neçə dəfə seçilməsi ilə bağlı heç bir qadağa mövcud deyil. Belə bir yasağın özü insanların seçib-seçilmək hüququnu aradan qaldırır. Ona görə də bu yasağın aradan qaldırmasını təklif etmişəm. Kimsə buna görə bizi qınaya bilməz.
Bu yasağın aradan qaldırılması ilə bağlı verdiyi təklifin artıq beynəlxalq ictimaiyyət və partiya tərəfdaşları tərəfindən dəstəkləndiyini qeyd edən Arzu bəy, Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal və onun müavini İsa Yaşar Tezeldə bu təklifi dəstəklədiklərini bildiriblər. Hətta onlar bu məsəl ilə bağlı İsa Qəmbərə xahişlə müraciət ediblər,-deyə bildirdi.
Əgər normal bir demokratik quruluşlar formalaşaraq Azərbaycan demokratik bir üsulla idarə olunacaqsa, gələcəkdə artıq başqan seçkisi ilə bağlı kiməsə qadağalar qoyulmayacaq, başqan olmaq istəyənlər səsvermə yolu ilə seçiləcəklər. Lakin bu məsələni hakimiyyətlə eyniləşdirərək müqayisə etmək qüsurludur. Ona görə ki, siyasi partiya hakimiyyət deyil.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.