Təhsil Nazirliyində "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının elan olunması və icrası barədə əmr imzalanıb
13-01-2012 / 15:16
Nazirlikdən FaktXeber.com-a verilən məlumata görə, əmrə əsasən, texniki-peşə təhsili və iqtisadiyyat şöbələrinə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planını Nazirlər Kabinetinin təsdiqlədiyi “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na əsasən tərtib etmək tapşırılıb.
İlk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə ümumi təhsil məktəblərinin şagirdləri və onların valideynləri arasında peşəyönümü işinin təşkili və gənclərin müxtəlif peşə və ixtisaslar alması üçün peşə təhsili müəssisələrinə cəlb olunmasında mövcud sənəddən istifadə etmək barədə göstəriş verilib.
Əmrə görə, ilk peşə-ixtisas təhsili üzrə kadr hazırlığı təsdiq olunmuş təsnifat əsasında həyata keçiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.