Argentinalı futbolçudan İtaliya xəzinəsinə 38 milyon avro cərimə ödəməsi tələb olunur
13-01-2012 / 13:54
Faktxeber.com-un verdiyi məlumata görə, İtaliyanın Neapol şəhərində argentinalı futbolçu Dieqo Maradona vergidən yayındığına görə məhkəməyə verilib.
İtaliyanın Vergilər Orqanı Maradonanı 1980-ci ildə «Napoli»də oynayarkən vergiləri ödəyə bilmədiyindən çoxlu borcu yığıldığını və bununla əlaqədar olaraq xəzinəyə 38 milyon avro cərimə ödəməli olduğunu deyib.
Argentinalının vəkilinə görə isə futbolçu İtaliyanın dövlət orqanları tərəfindən vergilərin yığılması ilə məşğul olan yuxarıların «qurbanıdır».
Maradonanın İtaliyanın vergi orqanları ilə əlaqələri Maradonanın bir sıra şəxsi əşyasının saxlanılması və müsadirə olunması ilə nəticələnib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.