Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda xəstəxananın ərazisində təmir-tikinti işləri aparılan zaman partlamamış döyüş sursatı aşkarlanıb. Dərhal müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin edib və aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanan sursata baxış keçirilib. Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd əl qumbarasıdır. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.