Rusiya: "NATO VƏ KÖRFƏZ ÖLKƏLƏRİ SURİYAYA MÜDAXİLƏYƏ HAZIRLAŞIRLAR"
Bu barədə Rusiya kəşfiyyat orqanları məlumat tutub
13-01-2012 / 12:22
FaktXeber.com-un verdiyi məlumata görə, uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş və hazırda Rusiya Təhlükəsizlik Şurasının başçısı vəzifəsini icra edən Nikolay Patruşev "İnterfaks"a açıqlamasında, NATO-ya üzv ölkələrin Suriyaya hərbi müdaxilə hazırlığı apardığına dair məlumatlar əldə etdiklərini söyləyib. O, NATO üzvü olan Türkiyənin isə bu mövzuda açar rolu oynaya biləcəyini vurğulayıb.
Patruşev ABŞ və Türkiyənin suriyalı üsyançıları qorumaq üçün Suriya daxilində uçuşa qadağan bölgə yaradılması ehtimalı üzərində işlədiyini söyləyərək, "bizə bəzi NATO üzvü və körfəz ölkələrinin bilvasitə müdaxilədən birbaşa hərbi əməliyyatlara keçmək üçün Liviyaya bənzər ssenari üzərində işlədiyinə dair məlumat gəlir", - deyib.
Nikolay Patruşev Suriyaya qarşı hazırlığı aparılan hərbi müdaxilədə Türkiyənin əsas rol oynaya biləcəyini irəli sürüb.
Patruşev, Qərbin Suriyaya müxalifətə təzyiq etdiyi üçün deyil, İranla ittifaqı sona çatdırmadığını üçün təzyiq etdiyini bildirir.
Qeyd edək ki, keçmiş SSRİ dövründən bəri Suriya ilə ənənəvi dostluq əlaqələrinə sahib olan Rusiya, Liviyadakı ssenarinin burada da təkrarlanmasına qarşıdır və bu əməliyyatların qarşısının alınması üçün özünün 4 hərbi gəmisini Suriyadakı bazasına göndərib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.