KXDR uçuş məsafəsi 120 km olan 3 ədəd yaxın mənzilli ballistik raketi cənub suları ərazisindən buraxıb
13-01-2012 / 12:21
Faktxeber.com-un verdiyi məlumata görə, Şimali Koreya yaxın mənzilli ballistik raketin sınağını keçirib.
Cənubi Koreya və Yaponiya mənbələri dünən KXDR-in cənub suları ərazisində 3 raketin buraxıldığı haqqında xəbərlər yayıblar. Bu cür raketin uçuşu 120 km təşkil edir.
Xatırladaq ki, Şimali Koreya artıq neçənci dəfədir ki, bu cür sınaqlar həyata keçirir. Sonuncu dəfə belə sınaq ötən ilin dekabrında ölkə lideri Kim Çen İrin vəfatının rəsmi elanından bir neçə saat sonra həyata keçmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.