AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifə alıb
13-01-2012 / 11:35
FaktXeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib 2012-ci ildə Azərbaycanda 17 yaşadək qadınlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar yaradılan FİFA Təşkilat Komitəsinin xüsusi müşaviri təyin olunub.
Qeyd edək ki, Elxan Məmmədov həm də dünya birinciliyinin Yerli Təşkilat Komitəsinin sədridir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.