DÜNƏN BAKI ŞƏHƏRİNDƏ 35 CİNAYƏT HADİSƏSİ QEYDƏ ALINIB
13-01-2012 / 11:18
Bakı şəhər Baş Polis İdarəsindən FaktXeber.com-a daxil olan məlumata görə, 12 yanvar 2012-ci ildə Bakı şəhərində 35 cinayət faktı qeydə alınıb ki, onların da 18-i "isti izlər"lə açılıb. Axtarışda olan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 10 nəfər yaralanıb. Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 6 nəfər tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.