Faktxeber.com-un verdiyi məlumata görə, yanvarın 12-də Tatarıstanda xüsusi əməliyyat nəticəsində öldürülən Özbəkistan vətəndaşı terror aktına hazırlaşırmış.
Bu barədə Rusiyanın İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bilidirib.
Onun sözlərinə görə yanvarın 10-da Tatarıstanın Vısokoqorskiy rayonunda şəxsi evdə yanğının baş verdiyi haqqında məlumat daxil olub: «Ev sahibinin sözlərinə görə fövqəladə vəziyyətə səbəb məişət qazında olan sızıntı imiş. Evə ilkin baxış zamanı mayanez vedrəsinə yapışdırılmış elektrik naqilləri aşkar olunub. Bundan əlavə, daha bir şübhəli əşya – uzaq məsafədən idarə olunmaq aləti yapışdırılmış qutu nəzərimizi cəlb etdi. Bu qurğulardan birinə baxış zamanı partlayış baş verir. Nəticədə 41 yaşlı polis əməkdaşı ağır yaralanır, belə ki, onun əli biləkdən qopur».
Araşdırma zamanı həmin evdə 2009-cu ilin martından təqaüdçülər yaşayırmış. Yanvarın 7-də onlara 38 yaşlı oğlu Rüstəm Yusupov ailəsi ilə birlikdə gəlir.
Markinin sözlərinə görə, hadisədən sonra Yusupov həyat yoldaşı və iki azyaşlı körpəsi ilə maşında naməlum istiqamətə qaçıb.
Lakin çox keçmir ki, onu Kazanda mənzillərin birində aşkar edirlər. Həbs zamanı o, bıçaqla hüquqmühafizə orqanının işçisinə hücum edir. Polis bir neçə bıçaq zərbəsi aldıqdan sonra məcburən tabel silahından atəş açır. Yusupov hadisə yerində keçinir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.